...

İsrail Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Siyasət Materials 3 İyun 2009 15:40 (UTC +04:00)
İsrail Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

İsrail Prezidenti Şimon Peres iyunun 28-də Azərbaycana səfər edəcək. Bu barədə bu gün İTAR-TASS-da mətbuat konfransında Baş nazirin müavini, İsrailin xarici işlər naziri Aviqdor liberman bəyan edib.  

"Bu, həmçinin İsrailin işgüzar dairələrinin nümayəndələrindən ibarət  böyük nümayəndə heyəti olacaq", - deyə o, qeyd edib. - Bu hər iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasını təsdiqləyir" . "Dialoqumuz səmərəlidir", - deyə Liberman bildirib. - Aramızda müsbət, konstruktiv dialoq aparılır və onun sonrakı inkaşıfına ümidvarıq".

Xəbər lenti

Xəbər lenti