...

MDB-nin tərkibindən çıxandan sonra Gürcüstan Birlik çərçivəsində 76 müqavilə üzrə iştirakını davam etdirəcək

Siyasət Materials 5 İyun 2009 11:29 (UTC +04:00)
MDB-nin tərkibindən çıxandan sonra Gürcüstan Birlik çərçivəsində 76 müqavilə üzrə iştirakını davam etdirəcək

Azərbaycan, Bakı, 04 iyun / Trend /

MDB-nin tərkibindən çıxandan sonra Gürcüstan Birlik çərçivəsində qəbul edilmiş 76 müqavilə üzrə iştirakını davam etdirəcək. Bu qərar iyunun 3-4-də Minskdə MDB İcra Komitəsində Gürcüstanın beynəlxalq müqavilələrdə və MDB orqanlarının qərarlarında iştirakı məsələsinə baxılması üzrə ekspert qrupunun iclası zamanı qəbul olunub, MDB İcra Komitəsinin məlumatında deyilir.

Gürcüstanın xarici işlər naziri 18 avqust 2008-ci ildə MDB İcra Komitəsinə ölkənin Birlikdən çıxması barədə nota ilə məlumat verib. MDB Nizamnaməsinin 9-cu maddəsinə müvafiq olaraq, dövlət bu hüquqa malikdir. Bu niyyəti haqqında ölkə 12 ay öncə bildirir. Bununla bərabər Birlikdə olan zaman yaranmış öhdəliklər onların tam icra edilməsinə qədər qüvvədə qalır.

Bir gün sonra Gürcüstan MDB çərçivəsində imzalanmış müqavilələrin iştirakçısı olmaq istədiyini bəyan etdi. Mütəxəssislər Gürcüstanın müqavilələrdə iştirakı üçün hüquqi maneələrin olmadığını bildirib. Birlik üzvü olmayan ölkələr bu müqavilələrin iştirakçısı ola bilər.

Məhdud subyekt tərkibli müqavilələr (yalnız MDB ölkələri həmin müqavilələrin üzvü ola bilər) və Birlik orqanlarının qərarları 18 avqust 2009-cu ildən Gürcüstana tətbiq edilməyəcək. Bu şərtlərin əks olunduğu müvafiq sənədin layihəsinə yaxın zamanlarda xarici işlər nazirləri və dövlət başçıları şurasının iclasında baxılması planlaşdırılır.

Hələki yeganə öz həllini tapmayan məsələ Gürcüstanın məhsulun istehsal edildiyi ölkənin müəyyən edilməsi ilə bağlı qanunda iştirakıdır. Gürcüstan bu müqavilələrdə iştirak etmək üçün bildiriş göndərib. Mütəxəssislər mövcud məsələnin yekun həlli üçün MDB-nin İqtisadi Şurasına müraciət etməyi zəruri hesab edirlər.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti