...

Bakı Şəhər Baş Polis İdarəsində donor günü keçirilib

Siyasət Materials 8 İyun 2009 16:35 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsində donor günü keçirilib

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Bakı Şəhər Baş Polis İdarəsində (BPİ) iyunun 8-də donor günü keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, idarənin rəisi, polis general-mayoru Rafiq Abbasov da qanvermə aksiyasında iştirak edib.

Bakı Şəhər BPİ-də 63, ümumilikdə Bakı Polis Qarnizonu üzrə isə baş tutmuş aksiyalarda 700-ə yaxın əməkdaş qan verib.

İyunun 10-da Binəqədi Rayon Polis İdarəsində (RPİ-də), 12-də isə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində təşkil olunacaq qanvermə aksiyasından sonra Bakı Polis Qarnizonu üzrə planlaşdırılmış donor günlərinə yekun vurulacaq.

Aksiyada Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Gematologiya İnstitutunun həkim və tibb personalı yaxından iştirak edir.

Aksiyada ilk dəfə mayın 12-də Suraxanı Rayon Polis İdarəsinin onlarla polis əməkdaşı iştirak edib.

Aksiyanın davamı olaraq növbəti günlərdə Əzizbəyov, Xətai, Nizami, Sabunçu, Yasamal, Nəsimi, Nərimanov, Qaradağ, Səbail rayon polis idarələrinin və Metropolitenin Mühafizəsi üzrə Polis Şöbəsinin əməkdaşları qanvermə aksiyasında fəallıq göstəriblər.

Azərbaycan Prezidenti tərəfindən 2009-cu il uşaq ili elan edilib.

Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Talassemiyalı və hemofiliyalı uşaqlara qayğı", "Talassemiyasız həyat" kimi dövlət layihələri həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti