...

Gürcüstan XİN-də AŞ-nin baş katibi vəzifəsinə namizəd ilə görüş keçirilib

Siyasət Materials 11 İyun 2009 18:39 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın xarici işlər naziri Aleksandr Nalbandov Polşa Senatnın üzvü, Avropa Şurasının baş katibi vəzifəsinə namizəd Vlodzimej Çimoşeviçlə görüşüb.

Mətbuat və Nəşriyyat Departamentindən bildirildiyi kimi, görüş zamanı Çimoşeviç AŞ-nin və onun baş katibinin fəaliyyətinin müxtəlif aspektləri üzrə baxışları ilə Gürcüstan tərəfini tanış edib.

Qonağa Gürcüstandakı vəziyyət barədə məlumat verilib.

Eyni zamanda işğal olunmuş ərazilərdəki vəziyyətə də diqqət yetirilib. Tərəflər eyni zamanda Gürcütstan və AŞ-nin əməkdaşlığı və sonrakı münasibətlərin perspektivləri kimi əsas mövzuları müzakirə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti