...

Xarici və təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biri NATO-ya daxil olmaqdır - Gürcüstanın müdafiə naziri

Siyasət Materials 13 İyun 2009 12:37 (UTC +04:00)
Xarici və təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biri NATO-ya daxil olmaqdır - Gürcüstanın müdafiə naziri

Gürcüstan, Тbilisi, 13 iyun / Trend , müxbir N.Kirtsxaliya /

"Xarici və təlüksəizlik siyasətinin əsas prioritetlərindən biri NATO-ya daxil olmaqdır", - NATO-nun mənzil-qərargahında müdafiə nazirlərinin sammitində Gürcüstanın müdafiə naziri David Sixarulidze deyib.

O, Brüsseldə 28 ölkənin - alyans üzvləri və 21 tərəfdaş ölkənin müdafiə nazirlərinin görüşündə iştirak edib.

Gürcüstanın müdafiə naziri sammitdə çıxış edərək iştirakçıları Gürcüstan ərazisində təhlükəsizlik planındakı durumla tanış edib. "NATO-Gürcüstan komissiyasının yaradılması və İllik milli fəaliyyət planının hazırlanmasından sonra, NATO və Gürcüstan arasındakı münasibətlər yeni mərhələyə adlayıb", - nazir qyed edib.

Sixarulidze NATO və Gürcüstan arasında münasibətlərin dərinləşməsi və müdafiə sahəsində aparılan islahatlar haqda danışıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti