Gürcüstan, Tbilisi, 24 iyun / Trend , müxbir N.Kirtsxaliya /
Avropa İttifaqının Gürcüstandakı missiyası davam etdirilməlidir. Aİ-nın Gürcüstandakı müşahidə missiyasının başçısı Hansyorq Haberin Litva Prezidenti Valdas Adamkusla görüşündən sonra bəyan etdiyi kimi, bu, "Aİ-nın Rusiyaya mesajıdır".
Adamkus da öz növbəsində Tbilisidən qayıdarkən jurnalirtlərə bildirib ki, birmənalı olaraq missiyanın mandatı uzadılmalıdır. "Mən şadam ki, missiyada Litva da təmsil olunub", - deyə o bildirib.
Litva Prezidentinin Aİ missiyasının başçısı ilə görüşü dünən missiyanın Krtsanisk iqamətgahında baş tutub. Haberin sözlərinə əsasən, söhbət missiyanın Gürcüstandakı işləri və onun qarşısında yaranan maneələrdən gedib. Tərəflər qeyd edib ki, Aİ-nın Gürcüstandakı missiyası uzadılmalıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]