...

Azərbaycanın inzibati ərazi bölgüsündə dəyişiklik ediləcək

Siyasət Materials 24 İyun 2009 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın üç rayonunun və bir şəhərinin inzibati ərazi bölgüsündə dəyişiklik ediləcək.

"Şirvan şəhər inzibati ərazi vahidi tərkibindəki Şirvan şəhərinin inzibatı ərazisindən dövlət mülkiyyətində olan 1166,9 hektar torpaq sahəsi Hacıqabul rayonuna veriləcək", - çərşənbə günü Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

Rəhimzadənin sözlərinə görə, Hacıqabul rayonunun inzibati ərazisinin dövlət ehtiyat fondundan 2062,88 hektar torpaq sahəsinin isə Şirvan şəhərinin inzibati ərazisinə verilməsi nəzərdə tutulur. "Şirvan şəhərinin inzibati ərazisindən dövlət mülkiyyətində olan 210,35 hektar torpaq sahəsi Salyan rayonunun Qaraçala kənd inzibati ərazi dairəsi tərkibindəki Bəşirbəyli kəndinə, Salyan rayonunun 981,61 hektar torpaq sahəsi isə Şirvan şəhərinə veriləcək", - komitə sədri vurğulayıb.

Rəhimzadə deyib ki, Sabirabad rayonunun Minbaşı kənd inzibati ərazisindən 24,21 hektar torpaq sahəsi Şirvan şəhərinin Bayramlı qəsəbəsinə veriləcək. "İnzibati ərazi bölgüsündəki bu dəyişikliklərin hamısı bütün subyektlərlə razılaşdırılıb", - komitə sədri əlavə edib.

Dəyişikliklər parlamentin iyunun 30-da keçiriləcək növbədənkənar sessiyasının iclasının müzakirəsinə çıxarılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti