...

Gürcüstan Parlamentinin spikeri Böyük Britaniyanın nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 24 İyun 2009 17:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 iyun / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan Parlamentinin spikeri David Bakradze ölkədə səfərdə olan Böyük Britaniyanın Avropa işləri üzrə naziri Qlenis Kinok ilə görüşüb.

Bağlı keçirilən görüşdə qanunverici orqanın başçısı qonağı daxili siyasi vəziyyətlə və müxalifətin təklifləri ilə tanış edib.

Görüşdə qeyd olunub ki, cari proseslərin dialoq rejiminə keçirilməsi vacibdir, məhz bu məqsədlə dövlət konstitusiya komissiyası yaradılıb. Seçki məcəlləsi üzərində işlər aparılır, gündəlikdə ölkənin paytaxt merinin birbaşa seçilməsi məsələsi durur.

Bakradze britaniyalı nazirə bildirib ki, hökumət də müxalifətə məhkəmənin müstəqilliyi və media azadlığı mövzularında müzakirələrə başlamağı təklif edib.

Gürcüstanın xarici siyasət istiqamətləri, həmçinin münaqişəli regionlardakı vəziyyət barədə də söhbət aparılıb.  

Böyük Britaniya səfirliyi tərəfindən yayımlanmış məlumata əsasən, Gürcüstana səfəri ərəfəsində Kinok bəyan edib ki, Gürcüstan Aİ-nın, həmçinin NATO-nun vacib tərəfdaşıdır.

"Biz Gürcüstanı ikitərəfli əməkdaşlıq, eyni zamanda Avropa İttifaqı kimi institutların köməyi ilə dəstəkləməkdə davam edirik", - deyə Kinok bildirib.

"Hesab edirik ki, Gürcüstan qarşısında duran yeganə yol bütün siyasi qüvvələr və ictimaiyyət arasında dialoqdur. Mən həmçinin Aİ və ATƏT-in monitorinq missiyasının britaniyalı qulluqçuları ilə də görüşəcəyəm", - deyə Kinok bildirib. O hesab edir ki, Aİ monitorinq qruplarına Gürcüstan ərazisində, həmçinin Abxaziya və Cənubi Osetiyada öz mandatını icra etmək imkanları verilməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti