...

Astanaya ABŞ Konqresinin nümayəndə heyətinin gəlişi gözlənilir

Siyasət Materials 29 İyun 2009 17:42 (UTC +04:00)

Qazaxıstan, Astana, 29 iyun / Trend News, müxbir K.Konırova /

Gələn həftə Beynəlxalq Münasibətlər Komitəsinin Asiya və Sakit Okean sahili ölkələri üzrə alt komitəsi fraksiyasının rəhbəri Eni Falio Mabayettinin başçılığı altında ABŞ Konqresi nümayəndə heyətinin Astanaya gəlişi gözlənilir. Bu barədə bu gün keçirilən brifinqdə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ercan Aşikbayev  bildirib.  

Onun məlumatına əsasən, Konqres üzvləri Astanada planlaşdırılmış görüşlər çərçivəsində Qazaxıstan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafının əsas istiqamətlərini müzakirə edəcəklər. 

XİN nümayəndəsinin sözlərinə görə, iyulun 1-4-də ATƏT-in Baş katibi Peren de Brişambo Qazaxıstanda rəsmi səfərdə olacaq. 
"O, səfər çərçivəsində ikitərəfli görüşlər keçirəcək, həmçinin 2010-cu ildə Qazaxıstanın ATƏT-ə sədrliyi üzrə hazırlığa həsr olunmuş seminarda çıxış edəcək", - deyə Aşikbayev bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti