...

Tehran Prokurorluğu Kərrubinin təmsil etdiyi partiyanın qəzetinin yayımlanmasını dayandırıb

Siyasət Materials 1 İyul 2009 12:54 (UTC +04:00)
Tehran Prokurorluğu Kərrubinin təmsil etdiyi partiyanın qəzetinin yayımlanmasını dayandırıb

Tehran Şəhər Prokuroluğu və İran Mədəniyyət Nazirliyinin nümayəndələri "Milli Etimad" qəzetinin yayımlanmasını dayandırıblar. Milli Etimad Partiyasının rəsmi saytı iyulun 1-də yaydığı məlumatda, qəzetinin yayımlanmasının dayandırılmasının səbəbi kimi prezident seçkilərində sabiq namizəd və Milli Etimad Partiyasının baş katibi Mehdi Kərrubinin son bəyanatını göstərib. Kərrubi bəyanatın yayımlanacağına israrlı olduğundan bu gün qəzetin yayımlanması qadağan olunub.

Bundan əvvəl qəzetin baş redaktoru Məhəmməd Qoçani və qəzetin digər əməkdaşı Müctaba Tehrani həbs olunub.

Trend -un arayışı: "Milli Etimad" qəzeti Milli Etimad Partiyasının orqanıdır. Kərrubi son bəyanatında iyunun 12-də keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edib. O, seçkilərin nəticəsində təşkil olunmuş hökumətin qanuni olmadığını və həmin hökuməti tanımadığını bildirib. Kərrubi hökumətin heç bir tədbirində iştirak eməyəcəyini deyib. Kərrubi dəyişiklik istəyən bütün qüüvələri birləşməyə və əməkdaşlığa, birgə iclas keçirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti