...

Azərbaycan Prezidenti Təzəpir məscid kompleksinin açılış mərasimində iştirak edib

Siyasət Materials 6 İyul 2009 16:29 (UTC +04:00)

Əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra Təzəpir məscid kompleksi bazar ertəsi istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Prezidentə burada aparılan əsaslı yenidənqurma və tikinti işləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, kompleksdə ən yüksək səviyyədə yenidənqurma, tikinti və tərtibat işləri aparılıb.

Dövlət başçısı kompleksə daxil olan Təzəpir məscidinə, mərasim zalına, Bakı İslam Universitetinin tədris korpusuna, kitabxanaya, Qafqaz Müsəlmanları İdarəsinin inzibati binasına baxıb.
Prezident kompleksin iclas zalında yerli və xarici qonaqlar qarşısında çıxış edib.

Mərasimdə, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Xəzəryanı bölgə yeparxiyasının yepiskopu Aleksandr Ata, Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov, Vatikanın Azərbaycandakı apostol nunsisi Klaudio Qucerotti, Şimali Qafqaz Müsəlmanları Şurasının sədri İsmayıl Berdiyev çıxış edib.

Xəbər lenti

Xəbər lenti