...

Joao Soareş yenidən ATƏT-in Parlament Assambleyasının sədri seçilib

Siyasət Materials 8 İyul 2009 16:36 (UTC +04:00)
Joao Soareş yenidən ATƏT-in Parlament Assambleyasının sədri seçilib

Qazaxıstan, Astana, 08 iyul / Trend , müxbir K.Konırova /

ATƏT-in Parlament Assambleyasının 18-ci illik sessiyasının fəaliyyətini başa vurduğu Vilnüsdə təşkilatın sədri Joao Soareş yenidən Parlament Assambleyasının başçısı seçilib. Bu barədə Qazaxıstan Senatının mətbuat xidmətinin məlumatında deyilir.

"ATƏT-in Parlament Assambleyasının sədri, hesabat dövründə təşkilatın inkişafı üçün böyük töhvəsinə görə həmkarları tərəfindən yüksək qiymət qazanan Joao Soareş daha bir illik sədr seçilib", - bu barədə Qazaxıstan Parlamentinin mətbuat xidmətində deyilir.

18-ci illik sessiyanın yekunları əsasında Vilnüs bəyannaməsi qəbul edilib, mətbuat xidmətindən bildirilib.

Sənəd ATƏT-in müxtəlif istiqamətlər - ATƏT-in rolunun artırılması, seçkilərin müşahidəsi, ərzaq təhlükəsizliyi, qlobal maliyyə böhranı, insan haqları və vətəndaş azadlığı, energetika təhlükəsizliyi, iqlimin dəyişməsi, su ehtiyatlarının idarəsi, İnternetdə azad fikrin ifadə edilməsi, Avropada silahlı qüvvələrə və silahsızlaşdırmaya nəzarət, Mərkəzi Asiya, Əfqanıstan və digər yerlərə əmək miqrasiyası üzrə 28 qətnaməni özündə birləşdirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti