...

Tbilisidə yeni ictimai hərəkat təqdim olunub

Siyasət Materials 10 İyul 2009 20:25 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 iyul / Trend , müxbir N.Kirsxaliya /

Bu gün Tbilisidə yeni ictimai müxalifət hərəkatı - "Gürcüstanı qoru!" təqdim olunub. Onun lideri Gürcüstan prezidentliyinə sabiq namizəd Levan Qaçeçiladze olacaq.

Hərəkatın həmtəsisçilərindən biri, sabiq mədəniyyət naziri David Maqradze Gürcüstanda böyük hörmətə malik insanların daxil olduğu təşəbbüs qrupunu təqdim edib - yazıçı Çabua Amirecibi, aktyorlar Otar Meqvinetuxusesi, Quranda Qabuniyaç, beşqat dünya çempionu Nona Qaprindaşvili, Levan və Georgi Qaçeçiladze qardaşları, basketbolçu Nikoloz Deryuqin, rejissorlar Keti Dolidze, Rezo Esadze, Robert Sturua, Revaz Çxeidze, futbolçu Nukri Kakilaşvili, bəstəkar Bidzina Kvernadze, Nato Metonidze, sabiq müdafiə naziri Georgi Karkaraşvili və b. Qrupun sədri "Data Tutaşxia" kitabının müəllifi Ç.Amirecibi olub.

Maqradzenin sözlərinə görə, bazar ertəsindən etibarən hərəkata qoşulacaq yeni tərəfdaşların qeydiyyatı başlayacaq və yalnız bundan sonra partiyanın təqdimatı keçiriləcək. "Bu hərəkatda aprelin 9-dan etibarən parlamentin qarşısındakı aksiyalarda iştirak etmiş bütün müxalif ictimai qüvvələr və şəxslər birləşəcək", - o bildirib.

Bu gündən etibarən televiziya ilə telefon nömrələri göstərilən və üzv olmaq istəyənləri dəvət edən reklam klipləri yayınlanacaq.

Hərəkatın təsisçiləri bildirib ki, onların əsas məqsədi ölkədə hərbi qarşıdurmanın baş verməsinin qarşısını almaqdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti