...

ABŞ Azərbaycanla Türkiyə arasında Nabukko üzrə razılaşmanı səbirsizliklə gözləyir - senator Riçard Luqar

Siyasət Materials 15 İyul 2009 15:16 (UTC +04:00)
ABŞ Azərbaycanla Türkiyə arasında Nabukko üzrə razılaşmanı səbirsizliklə gözləyir - senator Riçard Luqar

ABŞ, Vaşinqton, 15 iyul / Trend , N.Boqdanova /

Nabukko boru kəməri layihəsinin həyata keçirilməsində növbəti addım Azərbaycanla Türkiyə arasında qazın ixrac qiyməti haqqında razılaşmanın imzalanması ola bilər, ABŞ senatının xarici işlər üzrə komitəsinin sədr müavini, respublikaçı senator Riçard Luqar hesab edir.

"Nabukko çərçivəsində növbəti addım Azərbaycanla Türkiyə arasında qazın ixrac qiyməti  haqqında razılaşmanın imzalanması ola bilər. ABŞ bunu səbirsizliklə gözləyir", - iyulun 13-ü Türkiyə hökumətinin dəvəti ilə Nabukko üzrə razılığın imzalanması mərasimində ABŞ-ı təmsil edən amerikalı senator Vaşinqtonda Trend -a bildirib.

Luqarnın sözlərinə görə, Nabukko ABŞ-ın böyük dəstək gostərdiyi bir layihədir.

Bu yaxınlarda Azərbaycanla Rusiya arasında imzalanmış qaz sazişinə toxunan Luqar deyib ki, "Bu saziş Azərbaycanın Nabukkoda iştirakına mane ola bilməz, belə ki, Rusiya özü bu layihənin iştirakçısı ola bilər".

Senator Luqar ümid edir ki, Ankarada imzalanmış müqavilə qazın Azərbaycan və Mərkəzi Asiyadan Avropa bazarına ixracı prosesini sürətləndirəcək.

Ötən bazar ertəsi Nabukko layihəsinin iştirakçıları Ankarada hökumətlərarası saziş imzalayıblar. Sənəd bilavasitə Türkiyə, Avstriya, Macarıstan, Bolqarıstan, Rumıniya hökumət başçıları və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu tərəfindən imzalanıb.

7,9 milyard avro dəyərində olan Nabukko layihəsi qazın Xəzər regionundan Aİ ölkələrinə çatdırılası üçün nəzərdə tutulub. Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanin Buqaqaz, Rumıniyanın Transqaz, Türkiyənin Botası və Almaniyanin RWE şirkətləridir. Iştirakçıların hər biri 16,67 faiz olmaqla bərabər paya malikdirlər.

Boru kəmərinin tikilməsi 2011-ci ilə planlaşdirilib. İlk tədarüklərə 2014-cü ildə başlanacaq. Boru kəmərinin maksimal gücü ildə 31 milyard kubmetr təşkil edəcək. Layihəyə dair sərmaye qərarının 2010-ci ilin ilk rübündə qəbul olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti