...

Azərbaycanda pulmənimsəmə üzrə bir neçə cinayətin üstü açılıb

Siyasət Materials 16 İyul 2009 20:41 (UTC +04:00)
Respublika Prokurorluğundan verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən pulmənimsəmə üzrə bir neçə cinayətin üstü açılıb
Azərbaycanda pulmənimsəmə üzrə bir neçə cinayətin üstü açılıb

Respublika Prokurorluğundan verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən pulmənimsəmə üzrə bir neçə cinayətin üstü açılıb. 

"Kapital bank" ASC-nin Şəmkir filialının baş mühasibi Şahin Əliyevin qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını talaması faktı üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən iyunun 9-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, Şahin Əliyev həmin vəzifədə işləyərkən 2007-ci il sentyabrın 13-dən 2009-cu il martın 30-dək olan müddət ərzində öz qulluq mövqeyindən istifadə edərək, filialda fəaliyyətdə olan "Wester Union", "Privatmoney", "Miqom", "Blizko" və "Kontakt" sürətli pul köçürmələri sistemləri adı ilə müxtəlif şəxslərin adlarına kassa məxaric orderləri yazıb imzalamış, bu sənədlər əsasında bankın xəzinəsindən banka məxsus 417.550 ABŞ dolları (335.210 manat) məbləğində vəsaiti mənimsəmişdir.

Törətdiyi cinayət əməllərinə görə Şahin Əliyev iyunun 17-də Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Əmirxan Abdullayev və Taleh Həmzəyevin barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

İstintaqla müəyyən edilib ki, Bakı şəhərinin Binə qəsəbəsində yaşayan Əmirxan Abdullayev Bərdə rayonunun Qaratəpə kənd sakini Taleh Həmzəyevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Milli Qvardiyası rəisinin müavini kimi təqdim edərək, 2005-ci ilin oktyabr ayında müraciət edən şəxslərin yaxınlarına əlillik dərəcəsi düzəltmək üçün Bərdə şəhərində Yetər Həsənovadan 400 manat, Sahib İsmayılovdan 600 manat, Engels Qurbanovdan 560 manat, Fazil Musayevdən 560 manat və Firdovsi Cəfərovdan 400 manat pulu onların etibarından sui-istifadə etməklə və aldatma yolu ilə ələ keçirərək, zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Törətdiyi cinayət əməllərinə görə Əmirxan Abdullayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 310-cu maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, eyni maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Taleh Həmzəyevin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

"İmişli-Quşçuluq" MMC-nin ekspeditor-satıcısı Bərzani Məhərrəmovun cəmiyyətin istehsal etdiyi toyuq əti məhsullarının satışından əldə etdiyi pul vəsaitlərini mənimsəməsi barədə toplanmış material üzrə respublika prokurorluğu tərəfindən aparılan araşdırma zamanı özgə əmlakını talama faktı müəyyən edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, 2007-ci ilin avqust ayından 2008-ci ilin aprel ayına qədər olan dövr ərzində "İmişli-Quşçuluq" MMC-dən qaimə-fakturalarla Bərzani Məhərrəmova 25 halda satış məqsədi ilə 852.170 manatlıq toyuq əti məhsulları verilib. O, satışdan əldə edilmiş pulun bir hissəsini cəmiyyətin hesabına ödəmiş, lakin ona etibar edilmiş külli miqdarda vəsaiti - 128.834 manat məbləğində pulu isə öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə talayıb.

Bərzani Məhərrəmov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı şəhər sakini Mirsahib Məcidovun Səbail bələdiyyəsinin sədri Əhməd Hüseynovun qanunsuz əməlləri barədə müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılmış araşdırma ilə sonuncunun xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki şəxslərin, eləcə də dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma və vəzifə saxtakarlığı faktları müəyyən edilmiş, 2009-cu il iyunun 23-də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, 2004-2005-ci illərdə Mirsahib Məcidovun özü və qonşusu Yusif Əhmədov üçün Səbail bələdiyyəsi ərazisində torpaq sahələri ayrılması xahişi ilə müraciətinə dair bələdiyyənin qərarları verilmiş və adlarına rayonun müxtəlif ərazilərində torpaq sahələri ayrılmışdır. Həmin qərarlar əsasında tikinti işləri aparılarkən göstərilən sahələrin bələdiyyə mülkiyyətinə aid olmaması səbəbindən rayonun Mənzil-Kommunal İstismar Sahəsinin nümayəndələri tərəfindən tikinti işlərinin aparılmasının qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti