...

Aİ "üçlüyü" Gürcüstan müxalifətinin hakimiyyətə qarşı tələblərini dinləyib

Siyasət Materials 18 İyul 2009 15:04 (UTC +04:00)
Gürcüstanda səfərdə olan Aİ "üçlüyü" bu gün müxalifət liderləri ilə görüşüb
Aİ "üçlüyü" Gürcüstan müxalifətinin hakimiyyətə qarşı tələblərini dinləyib

Gürcüstan, Tbilisi, 18 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanda səfərdə olan Aİ "üçlüyü" bu gün müxalifət liderləri ilə görüşüb. İsveçin xarici işlər naziri Karl Bildtlə görüşdə müxalifəti "Bizim Gürcüstan - azad demokratlar" partiyasının lideri İrakli Alasaniya ilə "Gürcüstanı qoru!" İctimai Hərəkatının lideri Levan Qaçeçiladze təmsil ediblər.

Görüş bağlı qapılar arxasında bir saat ərzində keçib və bundan sonra "üçlük"dən heç kim heç bir bəyanat verməyib.

Alasaniya bildirib ki, avropalı diplomatlarla görüşün gedişində iki məsələyə toxunub. Onlardan biri ölkə daxilindəki durum və mövcud siyasi böhrandan çıxış yolları olub.

Alasaniya Aİ-nin separat regionları tanımamaq mövqeyini alqışlayıb. "Biz konkret olaraq Aİ-nin bu regionlardakı təsir qüvvəsini necə artırmaq və bunun üçün nə etmək lazım olduğunu müzakirə etdik", - o bildirib, ancaqa Aİ nümayəndələri tərəfindən məhz hansı təkliflərin edildiyini dəqiqləşdirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti