...

Nino Burcanadze vitse-prezident Baydenin Gürcüstana gəlişi səbəbindən ABŞ səfərini yarımçıq qoyur

Siyasət Materials 20 İyul 2009 19:13 (UTC +04:00)
"Vahid Gürcüstan - demokratik hərəkat"ın lideri Nino Burcanadze ABŞ-a səfərini yarımçıq qoyur. O, bunu ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Gürcüstana səfəri səbəbindən edir", - partiyanın mətbuat xidmətindən deyilib.
Nino Burcanadze vitse-prezident Baydenin Gürcüstana gəlişi səbəbindən ABŞ səfərini yarımçıq qoyur

Gürcüstan, Tbilisi, 20 iyul / Trend , müxbir N.Kirsxaliya /

"Vahid Gürcüstan - demokratik hərəkat"ın lideri Nino Burcanadze ABŞ-a səfərini yarımçıq qoyur. O, bunu ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Gürcüstana səfəri səbəbindən edir", - partiyanın mətbuat xidmətindən deyilib.

Səfər zamanı Burcanadze siyasətçiləri Gürcüstandakı real siyasi durum və ölkədəki böhranın aradan qaldırılması ilə bağlı öz mövqeyi ilə tanış edib. O, ABŞ Konqresinin xarici əlaqələr üzrə komitə sədri Hovard Bermanla görüşüb. Berman da öz növbəsində vitse-prezident Baydenlə görüşərək əldə etdiyi informasiyanı onunla bölüşüb.

Burcanadze həmçinin konqresmen Devid Praysla da görüşüb. Onunla Burcanadzeni çoxdankı dostluq münasibətləri bağlayır. Prays görüş zamanı Gürcüstan Parlamentinin güclü instutitut formalaşdıra bilməməsindən təəssüfləndiyini bildirib.

Səfərin gedişində yüksək səviyyədə Helsinki Komissiyasında görüşlər keçirilib. Nino Burcanadze komissiyanın respublikaçı həmsədri Kristofer Smit və ATƏT-in sabiq başçısı, demokrat-konqresmen Alison Şvarsla da görüşüb.

Hər iki həmsədr Gürcüstanda yaranan durumla bağlı böyük narahatlığını bildirib və siyasi motivlərlə həbslər, qayda pozuntuları, hücumlar və telefonların qanunsuz dinlənilməsi ilə bağlı əlavə materiallar təqdim etməyi xahiş edib.

"Vahid Gürcüstan - demokratik hərəkat"ın lideri Beynəlxalq Respublika İnstitutu (IRI), "Demokratiyaya milli töhfə" (NED) təşkilatı və Beynəlxalq İnkişaf Agentliyində (USAID) də görüşlər keçirib.

Nino Burcanadze NED-in prezidenti Karl Gerşman və təşkilatın vitse-prezidenti Barbara Heyqslə görüşüb.

IRI-nin prezidenti Loren Kraner senator Con Makkeynslə görüşə qədər Nino Burcanadze ilə görüşüb və qeyd edib ki, Burcanadzedən aldığı məlumatı ona çatdıracaq.

USAID-da "Vahid Gürcüstan - demokratik hərəkat"ın lideri Avropa və Asiya bürosunun rəhbəri Ken Yamaşita və Gürcüstandakı duruma ciddi maraq göstərən təşkilatın digər nümayəndələri ilə də görüşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti