...

Bu gün Tbilisidə aprelin 9-dan etibarən davam edən fasiləsiz aksiyalar başa çatır

Siyasət Materials 24 İyul 2009 19:54 (UTC +04:00)
Bu gün Tbilisidə aprelin 9-dan etibarən başlayan radikal müxalifət aksiyası çərçivəsində informasiya xarakterli mitinq keçiriləcək. Bu barədə jurnalistlərə radikal müxalifət aksiyalarının təşkilatçılarından biri, "Vahid Gürcüstan naminə" partiyanın baş katibi Eka Beseliya bildirib.
Bu gün Tbilisidə aprelin 9-dan etibarən davam edən fasiləsiz aksiyalar başa çatır

Gürcüstan, Tbilisi, 24 iyul / Trend , müxbir N.Kirsxaliya /

Bu gün Tbilisidə aprelin 9-dan etibarən başlayan radikal müxalifət aksiyası çərçivəsində informasiya xarakterli mitinq keçiriləcək. Bu barədə jurnalistlərə radikal müxalifət aksiyalarının təşkilatçılarından biri, "Vahid Gürcüstan naminə" partiyanın baş katibi Eka Beseliya bildirib.

"Kamera aksiyaları başa çatdı və öz rolunu oynadı. Gürcüstan tarixində rekord əldə olunub, belə ki, 100 gündən artıqdır ki, insanlar Gürcüstan Parlamenti qarşısında toplaşır", - o qeyd edib.

Hazırda aksiya təşkilatçıları olan partiyalar əsas məqsədi - Gürcüstan Prezidenti Mixayıl Saakaşvilinin istefaya getməsini yerinə yetirə bilməyən etiraz aksiyalarının hansı forma alacağı barədə konsultasiyalar keçirir.

Bu gün aprelin 9-dan etibarən ilk dəfə Rustaveli prospektində hərəkət bərpa edilib. Orada quraşdırılan kamera-qəfəslər hərəkət hissəsindən götürülüb. Müxalifət onları sökmək və bu ərazidən aparmaq niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti