Misir Prezidenti Hüsnü Mübarək bazar ertəsi axşam İran Prezidenti Mahmud Əhmədinejadı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib, Irib News İnformasiya agentliyi xəbər verir.
Prezident Mübarək məktubla Prezident Əhmədinejada və İran xalqına ən gözəl arzularını çatdırıb.
Əhmədinejad iyunun 12-də keçirilən prezident seçkilərində 40 milyon səsdən 24,5 faizini toplamaqla tam qələbə qazanıb.