Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Müslüm Maqomayevin yaşadığı binaya (Fikrət Əmirov küçəsi, 1) xatirə lövhəsinin vurulmasını, Nazirlər Kabineti Bakı şəhərində musiqi məktəblərindən birinə Müslüm Maqomayevin adının verilməsini təmin etməlidir.