...

RF Prezidenti senyabrda "İpək Yolu - Dakar seriyası" rallisinin finişində iştirak etmək üçün Türkmənistana səfər edəcək

Siyasət Materials 21 Avqust 2009 17:14 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 21 avqust / Trend , müxbir H.Həsənov /

RF Prezidenti Dmitri Medvedev ölkə ərazisində keçiriləcək "İpək Yolu - Dakar seriyası" avtomobil yarışının son mərhələsinə start verilməsi mərasimində iştirak etmək üçün Prezident Qurbanqulu Berdimuhammedovun Türkmənistana dəvətini "minnətdarlıqla qəbul edib".

Təntənəli tədbir cari ilin sentyabr ayına planlaşdırılıb. Bu gün dövlət mətbuat xidmətinin bildirdiyi kimi, bir gün öncə iki dövlət başçısı arasında telefon söhbəti olub. Telefon söhbəti zamanı "əməkdaşlıq və dostluq simvolu qismində çıxış edən üç qonşu ölkə - Türkmənistan, Rusiya və Qazaxıstanın" qarşıdan gələn beynəlxalq avtomobil rallisinin əhəmiyyəti qeyd olunub. Mərasimə eyni zamanda Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də dəvət olunub.

Baş sponsoru Türkmənqaz Dövlət Konserni olan "İpək yolu - Dakar seriyası" avtomobil rallisinin Türkmənistan hissəsi min kilometr təşkil edir. Burada marşrut dünyanın ən çətin avtomobil yolu ilə keçəcək. Qarşıda dünyanın ən böyük qumlu səhrası Karakum dayanır.

Telefon söhbəti zamanı Medvedev və Berdimuhammedov birgə layihələrin vacibliyini qeyd edərək "inam və qarşılıqlı anlaşma prinsipləri əsasında ümumi maraqlarda səylərin gələcəkdə də bir olacağını" bildiriblər.

Türkmənistan mətbuatının məlumatına əsasən, avtomobil rallisinin iştirakçıları arasında Volkswagen, BMW, həmçinin KAMAZ-ın əsas rəqibləri MAN Rally Team, Tatra və Team DeRooy şirkətləri ilə təmsil olunan 20-dən çox dövlət yer alır. Yarışda təxminən 100 minik və 50 yük avtomobili iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti