Gürcüstan, Tbilisi, 24 avqust / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstan xarici işlər nazirinin müavini Gürcüstanın Quantanamo həbsxanasındakı məhbusları qəbul etməyə hazır olduğunu "təsdiqləyə bilməz". Bazar ertəsi keçirilən ənənəvi brifinqdə xarici siyasət idarəsi başçısının müavini Aleksandr Nalbandovun bəyan etdiyi kimi, "ona məlum olmayan" informasiya üzrə hər hansı bir şərh verə bilməz.
"Buna görə sözügedən informasiyanı mən təsdiqləyə bilmərəm", - o bildirib.
Gürcüstanın Amerikanın Quantanamo (Kuba) həbsxanasının məhbuslarını qəbul etməsi barədə informasiyanı Amerikanın nüfuzlu nəşriyyatı "Vaşinqton Post" yayıb. Barak Obama administrasiyasının nümayəndəsinin məlumatına əsaslanan müəllif yazır ki, sözügedən məsələ ilə əlaqədar Vaşinqton Tbilisi ilə müsbət danışıqlar həyata keçirib.
"Gürcüstanda artıq yardım etməyə hazır olduqlarını bildiriblər. Gürcüstanın yüksək rütbəli məmurları müsahibə zamanı hətta zarafat ediblər ki, ABŞ hərbi bazasını Gürcüstanda yerləşdirərsə, Tbilisi Quantanamonun bütün məhbuslarını qəbul etməyə hazırdır", - məqalədə deyilir.
Məlumdur ki, Aİ-nin altı üzvü - Böyük Britaniya, Fransa, İrlandiya, İtaliya, Portiqaliya və İspaniya açıq şəkildə Quantanamo həbsxanasının məhbuslarını yerləşdirməyə razılıq verib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]