...

Sxinvalidəki partlayış daxili qarşıdurmanın nəticəsidir - Gürcüstanın dövlət naziri

Siyasət Materials 26 Avqust 2009 20:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 avqust / Trend , müxbir N.Kirsxaliya /

"Çərşənbə günü Sxinvalidə baş verən partlayış daxili qarşıdurmanın nəticəsidir", - Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili deyib.

Nazir jurnalistlərə bildirib ki, son zamanlar Kokoytanın xeyli daxili münaqişələri olub ki, onlar da öz zirvəsinə çatıb.

"Buna görə də istisna etmirəm ki, bütün bunlar daxili münaqişələrlə bağlıdır. Ancaq ən asan olanı gürcü tərəfini günahkar bilməkdir. Biz partlayışların tərəfdarı deyilik və bunu istəsəydik, əvvəl də edərdik. Ən yaxşısı budur ki, onlar özlərində olan münaqişələrə baxsınlar", - Yakobaşvili bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti