Gürcüstan, Tbilisi, 27 avqust / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstan idmanın əhəmiyyətini konstitusiya səviyyəsində qəbul edən Avropa ölkələrinin sırasına qatılacaq. Hazırda doqquz Avropa ölkəsində idmana konstitusiya səviyyəsində baxılır.
Gürcüstanın yeni konstitusiyasının nəşrinə idman haqqında qeydlər ediləcək. Hazırkı məsələ İdman və Gənclərlə İş üzrə Komitənin iştirakı ilə elmi-məsləhət şurasında müzakirə edilib.
Şura həm də "İdmanda fiziki tərbiyə haqqında" qanun layihəsinin başlanğıc proseduru barədə qərar qəbul edib. Şura sədri Vaji Şubladzenin dediyinə görə, qüvvədə olan qanun o qədər köhnəlib ki, artıq müasir tələblərə cavab vermir. Bir çox terminlər öz əhəmiyyətini itirib.
Şura üzvləri yeni fiziki tərbiyənin, onun yeri və rolunun müəyyən edilməsi baxımından yeni qanun layihəsini xüsusi qiymətləndirirlər. Şubladzenin dediyinə görə, köhnə qanunda idmanın istənilən sahəsində mərkəzi fiqur olan məşqçi barədə ümumiyyətlə xatırlanmır. "Qanun layihəsində qanunverici səviyyədə məşqçinin birinci sənəti pedaqoq sənəti kimi müəyyənləşdirilib", - o deyib.
Komitə sədri Georgi Asanidzenin bəyanatına görə, qanun layihəsi üzərində işə sentyabr ayında başlanılacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]