Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir A.Axundov /
Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov bu gün Abdulla Gülün dəvəti ilə Türkiyəyə ikigünlük səfər edib. Bu barədə Anadolu informasiya agentliyi Türkiyə Prezidentinin mətbuat xidmətinə istinadən bildirir.
Antalya əyalətində baş tutacaq danışıqlar zamanı tərəflər iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlıq yollarını müzakirə edəcəklər.
Eyni zamanda, regional və beynəlxalq məsələlər də nəzərdən keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]