...

Azərbaycanda təhsil ocaqlarının mühafizəsinin təmin edilməsi üçün rəsmi müraciət olunmayıb - Baş Mühafizə İdarəsinin rəisi

Siyasət Materials 4 Sentyabr 2009 11:55 (UTC +04:00)
Yeni tədris ilində Azərbaycandakı ali və orta məktəblərin mühafizə xidməti ilə təmin edilməsi üçün Baş Mühafizə İdarəsinə müraciət olunmayıb, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev cümə günü Trend News-a bildirib.
Azərbaycanda təhsil ocaqlarının mühafizəsinin təmin edilməsi üçün rəsmi müraciət olunmayıb - Baş Mühafizə İdarəsinin rəisi

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /

Yeni tədris ilində Azərbaycandakı ali və orta məktəblərin mühafizə xidməti ilə təmin edilməsi üçün Baş Mühafizə İdarəsinə müraciət olunmayıb.

"Ola bilsin ki, Təhsil Nazirliyi bu məsələ ilə bağlı müraciət etməyi planlaşdırır. Lakin Baş Mühafizə İdarəsinə yeni tədris ilində ali və orta məktəblərin mühafizəsinin təmin olunması ilə bağlı müraciət daxil olmayıb", - deyə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev cümə günü Trend -a bildirib.

Trend -un arayışı: Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında terror aktı baş verib. 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Bundan sonra təhsil ocaqlarının mühafizəsi məsələsi aktuallaşıb.

Təhsil naziri Misir Mərdanov bir müddət öncə mətbuata açıqlamasında yeni tədris ilindən etibarən Azərbaycanın ali və orta məktəblərinin təhlükəsizliyinin xüsusi mühafizə xidməti tərəfindən təmin edilməsi barədə razılıq əldə olunduğunu bildirib.

"Valideynləri əmin edə bilərəm ki, onların övladlarının təhlükəsizliyinə dövlət təminat verir. Təhlükəsizlik həm dövlət, həm də özəl təhsil müəssisələrində təmin ediləcək", - Mərdanov qeyd edib.

Quliyev bildirib ki, Baş Mühafizə İdarəsinə mühafizənin təmin olunması üçün bir neçə ali məktəb müraciət edib və onlarla müqavilə imzalanıb.

"Əgər Təhsil Nazirliyi tərəfindən belə bir müraciət olarsa, İdarə ali və orta məktəblərin mühafizəsini təmin etmək imkanına malikdir", - deyə idarə rəisi bildirib.

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsi tərəfindən ölkədə dövlət və özəl mülkiyyətə məxsus 8500-ə yaxın obyekt qorunur.

Məqalə müəllifi ilə əlaqə unvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti