...

Azərbaycan Prezidenti KXDR və Tacikistan rəhbərlərini milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 8 Sentyabr 2009 17:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İri və Tacikistan Prezidenti Emoməli Rəhmonu milli bayram münasibətilə təbrik edib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti KXDR və Tacikistan rəhbərlərini milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İri və Tacikistan Prezidenti Emoməli Rəhmonu milli bayram münasibətilə təbrik edib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı KXDR liderini milli bayram - Respublikanın yaranma günü münasibətilə təbrik edib. Prezident İlham Əliyev təbrik məktubunda ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının daim hər iki xalqın rifahına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan Prezidenti tacik həmkarını milli bayram - Müstəqillik günü münasibətilə təbrik edib. Dövlət başçısı təbrik məktubunda Azərbaycan ilə Tacikistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrin hərtərəfli genişləndirilməsi istiqamətində qarşılıqlı səylərin hər iki xalqın rifahına, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Prezident KXDR və Tacikistan rəhbərlərinə möhkəm cansağlığı, ölkələrin dost xalqlarına əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti