...

Avropa Şurası Azərbaycanı paytaxt meri seçkilərinin keçirilməsinə çağırıb

Siyasət Materials 10 Sentyabr 2009 20:40 (UTC +04:00)
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Yan Mikallef Azərbaycanı, Cənubi Qafqazın digər ölkələrini nümunə götürərək, paytaxtın icra hakimiyyətinin başçısını təyinetmə üsulu ilə deyil, seçki yolu ilə seçməyə çağırıb.
Avropa Şurası Azərbaycanı paytaxt meri seçkilərinin keçirilməsinə çağırıb

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir Y.Ostapenko /

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Yan Mikallef Azərbaycanı, Cənubi Qafqazın digər ölkələrini nümunə götürərək, paytaxtın icra hakimiyyətinin başçısını təyinetmə üsulu ilə deyil, seçki yolu ilə seçməyə çağırıb. Bu barədə Avropa Şurasının rəsmi məlumatında deyilir.

"Mən bir daha Azərbaycan hakimiyyətini Bakı merini təyinetmə ilə yox, seçki üsulu ilə seçməyə çağırıram. Bu, ölkədə yerli demokratiyanın möhkəmlənməsinə səbəb olacaq", - Mikallef dünən Azərbaycana səfəri ərəfəsində deyib.

"Bakı merinin seçkilər yolu ilə seçilməsi Azərbaycanın 2002-ci ildə təsdiq etdiyi yerli özünüidarə haqqında Avropa Xartiyasına uygun olacaq", - deyə Mikallef sözlərinə yekun vurub.

Mikallefin Azərbaycanda 10-14 sentyabr tarixləri arasında səfərdə olacaq. Səfər martın 18-də keçirilən konstitusiya referendumundan sonra ölkədəki demokratik vəziyyəti qiymətləndirmək məqsədi daşıyır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti