...

"Altılıq" ilə İranın nüvə proqramının Türkiyədə müzakirə ediləcəyi təsadüfi deyil - türkiyəli ekspert

Siyasət Materials 15 Sentyabr 2009 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir R.Hafizoğlu /

Türkiyə Milli İstihbarat Təşkilatının (Milli Kəşfiyyat Komitəsi) keçmiş analitiki hesab edir ki, "altılıq" ilə İranın nüvə proqramının Türkiyədə müzakirəsi təsadüfi deyil.

"İran Ankaraya daha göx güvəndiyi üçün "altılıq" ilə Tehranın nüvə proqramının müzakirəsinin Türkiyədə olması daha məqsədəuyğundur", - Türkiyə Milli İstihbarat Təşkilatının keçmiş analitiki Mahir Kaynak çərşənbə axşamı Ankaradan telefonla Trend -a bildirib.

Trend -un arayışı: Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Havyer Solana qərb dövlətləri olan "altılıq" ilə İranın nüvə proqramının müzakirəsi üçün danışıqların oktyabr ayının 1-də Türkiyədə baş tutacağını bildirib.

BMT Təhlükəsizlik Şurasının beş daimi üzvi və Almaniya ("5+1" ölkələri) indiyədək İrana iki dəfə təkliflər paketi təqdim edib. İran da öz növbəsində qarşı tərəfə iki təklif paketi təqdim edib. Qərb İranın nüvə proqramına şübhə ilə yanaşır. Obama "5+1" ölkələri ilə müzakirələrə başlamaq və nüvə proqramını şəffaflaşdırmaq üçün İrana sentyabr ayının sonunadək fürsət verib və əks təqdirdə, İrana qarşı yeni iqtisadi-siyasi sanksiyaların tətbiq olunacağı bildirilib. BMT TŞ İranın nüvə proqramını dayandırmaq üçün ona qarşı 5 qətnamə və 3 sanksiya qəbul edib.

Kaynak hesab edir ki, Tehran da öz növbəsində bu görüşün Türkiyədə baş tutmasına etiraz etməyəcək.

"Rəsmi Ankaranın bir çox sahələrdə həm qərb, həm də şərq dövlətləri ilə sıx diplomatik əlaqələrinin olması Türkiyənin regionda vasitəçi kimi çıxış etməsinə imkan verir", - deyə o qeyd edib.

Kaynakın sözlərinə görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun iranlı həmkarı ilə Tehranda görüşü zamanı "altılıq" ilə İranın nüvə proqramının müzakirəsinin Türkiyədə keçirilməsi barədə danışılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti