...

Azərbaycan tolerant cəmiyyət nümunəsidir - Beynəlxalq Siyasət üzrə Sakit Okean Şurasının prezidenti

Siyasət Materials 18 Sentyabr 2009 12:05 (UTC +04:00)
Azərbaycan fəal şəkildə islahatlar keçirilən tolerant cəmiyyət nümunəsidir, bu barədə Beynəlxalq Siyasət üzrə Sakit Okean Şurasının prezidenti Cerald Qrin bildirib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun məlumatında qeyd olunur.
Azərbaycan tolerant cəmiyyət nümunəsidir - Beynəlxalq Siyasət üzrə Sakit Okean Şurasının prezidenti

Azərbaycan fəal şəkildə islahatlar keçirilən tolerant cəmiyyət nümunəsidir, bu barədə Beynəlxalq Siyasət üzrə Sakit Okean Şurasının prezidenti Cerald Qrin bildirib. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun məlumatında qeyd olunur.

Cümə axşamı Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu və şəhərin konsul korpusu tərəfindən təşkil olunan təntənəli naharda çıxış edən Qrin Azərbaycana səfəri barədə təəssüratlarını bölüşüb. Səfəri zamanı o, Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunmuş konfransda iştirak edib.

Bakıya səfəri zamanı o, Azərbaycan Prezidenti yanına Strateji Araşdırmalar Mərkəzində məruzə ilə çıxış edib.

Qrin həmçinin müəslman dünyasına münasibətdə Prezidenti Barak Obama Administrasiyasının xarici siyasət kursu barədə danışıb.

Los Ancelesdə keçirilən təntənəli naharda İspaniyanın Baş konsulu İnnokentio Arias və Azərbaycanın Baş konsulu Elin Süleymanov iştirak edib.

Xəbər lenti

Xəbər lenti