...

Çexiya Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsindən çıxış edir - Senat sədri

Siyasət Materials 23 Sentyabr 2009 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir Y.Ostapenko /

Çexiya Azərbaycanla əməkdaşlığın möhkəmləndirilməsinin davam etdirilməsi mövqeyindən çıxış edir. Bu barədə Bakıda rəsmi səfərdə olan Çexiya Senatının sədri Pşemısl Sobotka çərşənbə günü deyib.

"Strateji tərəfdaşlığın perspektivlərinə gəlincə, bu, açıq aydındır. Aİ-də Çexiyanın sədrliyi zamanı biz bu məsələyə çox diqqət yetirirdik. Bizim əsas prioritetlərimizdən biri Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı olub. İndi biz bu əməkdaşlığın möhkəmləndirilməsini davam etdirmək istəyirik ki, bu unudulmasın. Buna görə də əlaqələri qaydaya salmaq və inkişaf etdirmək lazımdır", - Sobotka jurnalistlərə deyib.

Çexiya Senatının sədri Sobotkanın başçılıq etdiyi nümayəndə heyəti çərşənbə günü Azərbaycanda olub.

Səfərin məqsədi Azərbaycan və Çexiya arasında parlamentlərarası əlaqələrin inkişafına həsr edilən danışıqların aparılması olub.

Sobotka deyib ki, səfər proqramı maraqlı və dolğundur. Belə ki, çoxlu görüşlərin keçirilməsi planlaşdırılıb.

Səfər çərçivəsində Senat sədri Milli Məclis, Nazirlər Kabineti və Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcək. Heydər Əliyev Fondu, Bakı Slavyan Universitetində olacaq və Azərbaycan-Çexiya Biznes Forumunun açılış mərasimində iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti