...

Türkiyənin Azərbaycandakı səfirliyi bəzi KİV nümayəndələrinin Türkiyə spikerinin bəyanatını təhrif etdiyini bildirib

Siyasət Materials 28 Sentyabr 2009 15:51 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfirliyi Böyük Millət Məclisinin (TBMM) sədri Mehmet Əli Şahinin Bakıda səsləndirdiyi bəyanatın bəzi KİV nümayəndələri tərəfindən təhrif olunduğunu bildirib.
Türkiyənin Azərbaycandakı səfirliyi bəzi KİV nümayəndələrinin Türkiyə spikerinin bəyanatını təhrif etdiyini bildirib

Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir C.Babayeva/

Türkiyənin Azərbaycandakı səfirliyi Böyük Millət Məclisinin (TBMM) sədri Mehmet Əli Şahinin Bakıda səsləndirdiyi bəyanatın bəzi KİV nümayəndələri tərəfindən təhrif olunduğunu bildirib.

Səfirlikdən bildirilib ki, Türkiyə Parlamentinin sədri Bakıda jurnalistlərə deyib ki, Türkiyə-Ermənistan münasibətləri Cənubi Qafqazda bütün problemlərin həllinin yalnız bir parçasıdır.

"Türkiyə Azərbaycanın maraqlarına zidd olan heç bir addım atmayacaq. Bütün azərbaycanlılara bildirirəm ki, Türkiyədən yalnız dostluq münasibəti görəcəksiniz", - deyə TBMM sədri bəyan edib.

Trend -un arayışı: Azərbaycanın bəzi KİV nümayəndələrinin yaydığı məlumatlara görə, Məhmət Əli Şahin Bakıda bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla razılaşmaya dair protokollar Türkiyə Böyük Millət Məclisindən keçməyəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti