Gürcüstan, Tbilisi, 28 sentyabr / Trend , müxbir N.Kirsxaliya/
2009-cu ildə Avstriyada qeydiyyatdan keçən Gürcüstan Xalqları Ümumdünya Konqresi Tbilisidə üz filialını açıb.
Gürcüstan Mülki Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq qeydiyyatdan keçən filial sentyabr 24-də siyahıya daxil edilib.
Konqresin mənzil qərargahı Vyanada, Rusiya filialı isə Sankt-Peterburqda yerləşir. Konqresin təsisçisi Rusiyada fəsliyyət göstərən gürcü biznesmen Aleksandr Yebralidzedir.
Gürcüstan Xalqları Ümumdünya Konqresinin əsas məqsədi Gürcüstanın ərazi bütövlüyünün bərpasıdır. Konqres lideri Yebralidze Gürcüstan Prezidenti olmaq və gələn seçkilərdə bu vəzifəyə seçilmək niyyətindədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]