Gürcüstan, Tbilisi, 02 oktyabr / Trend , müxbir N.Kirsxaliya/
Gürcü çarı II İraklinin sarayındakı vitraj tez-tez yağan yağışlar nəticəsində zərər aldığına görə təcili olaraq dəyişdirilməlidir. Muzeyin yeni direktoru Quram Urşuxişvilinin "Ereti" radiosuna verdiyi müsahibəsində deyib ki, vitrajlar şərq üslubunda olduğu üçün onlar Azərbaycanda sifariş olunacaq.
O deyib ki, bu yaxınlarda Mədəniyyət Nazirliyi bunun üçün vəsait ayıracaq.
Onun sözlərinə görə, ilk olaraq daha çox zədə almış beş vitraj dəyişdiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]