Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanda bələdiyyə seçkisinə start verilib və seçki dekabrın 23-də keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün komissiyanın keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, bu qərar mətbuatda dərc olunduqdan sonra seçkiyə rəsmi start veriləcək.
Azərbaycanda bələdiyyələrin birləşdirilməsi prosesi nəticəsində onların sayı 2760-dan 1718-dək enib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]