...

GUAM terrorizm ilə mübarizə üzrə layihə həyata keçirir

Siyasət Materials 7 Oktyabr 2009 18:09 (UTC +04:00)
GUAM-ın terrorizm ilə mübarziə üzrə alt işçi qrupu 2009-2010-cu illərdə GUAM-ABŞ çərçivə proqramının yeni "Terrorizmlə mübarizə: regional qarşılıqlı fəaliyyət və təhlükəsizlik" layihəsinin həyata keçirilməsi üzrə təklifi razılaşdırıb.
GUAM terrorizm ilə mübarizə üzrə layihə həyata keçirir

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir M.Əliyev /

GUAM-ın terrorizm ilə mübarziə üzrə alt işçi qrupu 2009-2010-cu illərdə GUAM-ABŞ çərçivə proqramının yeni "Terrorizmlə mübarizə: regional qarşılıqlı fəaliyyət və təhlükəsizlik" layihəsinin həyata keçirilməsi üzrə təklifi razılaşdırıb. Bu barədə GUAM katibliyindən bildirilib.

GUAM-ın terrorizmlə mübarizə üzrə alt işçi qrupunun Azərbaycan tərəfinin sədrliyi ilə Bakıda keçirilən üçüncü iclasında GUAM-ın üzv dövlətləri ərazisində terrorizmlə mübarizə üzrə hüquq-mühafizə orqanlarının tədbirləri haqqında GUAM-ın üzv dövlətlərinin nümayəndələrinə məlumat verilib. İclasda həmçinin GUAM-ın terrorizm, mütəşəkkil cinayətkarlıq və narkotik vasitələrin yayılması ilə mübarizə üzrə işçi qrupunun 2009-cu il üçün təşkilati-praktiki tədbirlər planında nəzərdə tutulan müvafiq tədbirlərin icrası nəzərdən keçirilib.

GUAM təşkilatı 1997-ci ildə regional əməkdaşlıq məqsədi ilə Avropa İttifaqı dövlət başçılarının sammitində yaradılıb, lakin 2005-ci ilə qədər praktiki olaraq fəaliyyət göstərməyib. Son üç ildə keçirilən sammitlərdə əsas məsələlər regional münaqişələrin nizamlanması və enerji təhlükəsizliyinin təmin edilməsi üzrə səylərin koordinasiyası olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti