...

Azərbaycanın solçu partiyası bələdiyyə seçkilərində iştirak edəcək nümayəndələrinin sayını müəyyən edib

Siyasət Materials 8 Oktyabr 2009 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan Xalq Sosialist Partiyası (AXSP) sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini Rüstəm Şahsuvarovun cümə axşamı Trend -a verdiyi məlumata əsasən, dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində onların partiyasını 60-a yaxın namizəd təmsil edəcək.

Onun sözlərinə görə, AXSP-də namizədlərin müəyyən edilməsinə partiyanın rayon şöbələrində başlanılıb və bir neçə rayondan olan daha bir neçə namizəd bu yaxınlarda qeydiyyatdan keçəcək.

Qşbul olunmuş qanuna əsasən, Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-dək azaldılıb.

Azərbaycan Xalq Sosialist Partiyası keçən ilin oktyabr ayında təsis olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti