...

Rusiya xarici işlər nazirinin müavini Astanaya səfər edəcək

Siyasət Materials 12 Oktyabr 2009 17:48 (UTC +04:00)
Oktyabrın 15-də Astanada xarici işlər nazirlərinin müavinləri səviyyəsində Qazaxıstan-Rusiya xarici işlər nazirləri arasında məsləhətləşmələr keçiriləcək, bu barədə bu gün Astanada keçirilən brifinqdə QR XİN-in nümayəndəsi Ercan Aşikbayev bildirib.
Rusiya xarici işlər nazirinin müavini Astanaya səfər edəcək

Qazaxıstan, Astana, 12 oktyabr / Trend , müxbir K.Konırova/

Oktyabrın 15-də Astanada xarici işlər nazirlərinin müavinləri səviyyəsində Qazaxıstan-Rusiya xarici işlər nazirləri arasında məsləhətləşmələr keçiriləcək, bu barədə bu gün Astanada keçirilən brifinqdə QR XİN-in nümayəndəsi Ercan Aşikbayev bildirib.

"Qazaxıstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Konstantin Jiqalov, Rusiya nümayəndə heyətinə isə ölkənin xarici işlər nazirinin müavini Aleksandr Qruşko başçılıq edəcək", - Aşikbayev bildirib.

Onun verdiyi məlumata əsasən, tərəflər Afinada Xarici İşlər Nazirləri Şurasına hazırlıq, 2010-cu il planları, ATƏT-in Astanadakı mərkəzinin və Alamatıdakı şöbəsinin fəaliyyəti, regional məsələlər, 2010-cu ildə fəaliyyət koordinasiyası məsələlərini müzakirə edəcək və fikir mübadiləsi aparacaqlar.

Xəbər lenti

Xəbər lenti