Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanın hakim partiyası bələdiyyə seçkisində qələbə çalacaqlarına inanır.
"Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində irəli sürüləcək bütün namizədlərini müəyyənləşdirib və yaxın günlərdə onlarla bağlı sənədlər seçki komissiyalarına təqdim olunacaq", - Trend -un məlumatına görə, çərşənbə günü bunu jurnalistlərə YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib.
Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək.
Əhmədovun sözlərinə görə, YAP bələdiyyələrdə olan bütün yerlərə namizəd verəcək. "Partiyanın şüarı bələdiyyələrin əhaliyə daha yüksək səviyyədə xidmət göstərməsi ilə bağlı olacaq", - Əhmədov vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]