...

Gürcüstan-İsrail siyasi məsləhətləşmələri keçirilib

Siyasət Materials 14 Oktyabr 2009 17:10 (UTC +04:00)
Təl-Əvivdə xarici işlər nazirlikləri səviyyəsində Gürcüstan-İsrail siyasi məsləhətləşmələri keçirilib.
Gürcüstan-İsrail siyasi məsləhətləşmələri keçirilib

Gürcüstan, Tbilisi, 14 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Təl-Əvivdə xarici işlər nazirlikləri səviyyəsində Gürcüstan-İsrail siyasi məsləhətləşmələri keçirilib.

Məsləhətləşmələrdən sonra Gürcüstan nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Aleksandr Nalbandov deyib ki, görüşdə geniş ikitərəfli əlaqələr müzakirə olunub.

Tərəflər Gürcüstanla İsrail arasında əlaqələrin dərinləşdirilməsi və iqtisadi əməkdaşlığın intensivləşdirilməsi məsələsini müzakirə ediblər. Məsləhətləşmələr zamanı Gürcüstan ərazisində mövcud olan münaqişələr də müzakirə olunub, tərəflər onların həlli istiqamətində fikir mübadiləsi aparıblar.

"Məsləhətləşmələr məhsuldar oldu. Gürcüstanla İsrail dost ölkələr olduqları üçün aramızda olan bütün problemli və ya problemsiz məsələlər asanlıqla həll olunur", - Nalbandov deyib.

Rusiya mətbuatının yazdığı məlumata əsasən, danışıqlarda İsrail Gürcüstanla hərbi əməkdaşlıqdan və Tbilisiyə silah verilməsindən imtina edib. Gürcüstan tərəfi bu faktı şərh etmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti