...

Avropa Şurasında Azərbaycan markalarının təqdimatı olub

Siyasət Materials 15 Oktyabr 2009 16:24 (UTC +04:00)
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 11-ci plenar sessiyası çərçivəsində Azərbaycanın AŞ-nin 60 illiyi və Avropa İnsan Haqları Məhkəməsinin 50 illik yubileyi ilə bağlı markalarının təqdimatı olub.
Avropa Şurasında Azərbaycan markalarının təqdimatı olub

Fransa, Strasburq, 15 oktyabr / Trend , müxbir A.Məhərrəmli/

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 11-ci plenar sessiyası çərçivəsində Azərbaycanın AŞ-nin 60 illiyi və Avropa İnsan Haqları Məhkəməsinin 50 illik yubileyi ilə bağlı bu gün markalarının təqdimatı olub.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hazırlanan markaların təqdimat mərasimində Konqresin prezidenti Yan Mikalleff, Azerbaycanın Konqresdəki nümayəndə heyətinin sədri Anar İbrahimov cıxış edib.

İbrahimov markaların təqdimatının Konqresin sessiyası ərəfəsinə təsadüf etməsini Azərbaycan hökumətinin Konqreslə əməkdaşlığa verdiyi əhəmiyyətin təzahürü kimi qiymətləndirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti