...

Gürcü kəndliləri Gürcüstan-Azərbaycan avtomagistral yolunu bağlayıblar

Siyasət Materials 19 Oktyabr 2009 16:33 (UTC +04:00)
Bu dəqiqələrdə Gürcüstanın Laqodeki rayonu Miçimi kəndinin əhalisi Azərbaycana gedən avtomagistral yolu bağlayıblar. Kaxetiyanın İnsan Hüquqları üzrə Mərkəzindən verilən məlumata görə, yerli sakinlər Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı Laqodeki gömrük məntəqəsindədirlər.
Gürcü kəndliləri Gürcüstan-Azərbaycan avtomagistral yolunu bağlayıblar

Gürcüstan, Tbilisi, 19 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Bu dəqiqələrdə Gürcüstanın Laqodeki rayonu Miçimi kəndinin əhalisi Azərbaycana gedən avtomagistral yolu bağlayıblar. Kaxetiyanın İnsan Hüquqları üzrə Mərkəzindən verilən məlumata görə, yerli sakinlər Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı Laqodeki gömrük məntəqəsindədirlər.

Aksiya iştirakçıları kəndə verilən su probleminin həllini tələb edirlər. Onlar deyirlər ki, bu problemin həlli üçün dövlət büdcəsindən 120 min lari (1 dollar = 1.67 lari) ayrılıb. Amma işlər keyfiyyətsiz aparılıb və su təminatındakı problemlər öz həllini tapmayıb.

Aksiya iştirakçıları ilə danışıqlar aparmaq üçün Laqodeki bələdiyyə başçısı hadisə yerinə gəlib və yolun açılmasını xahiş edib, amma piket iştirakçıları imtina ediblər.

Gürcüstan-Azərbaycan yolunda hərəkəti bərpa etmək üçün polis patrulları hadisə yerinə cəlb olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti