...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərində iştirak etmək üçün namizədləri qeydiyyata alıb

Siyasət Materials 20 Oktyabr 2009 17:33 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) çərşənbə axşamı Yeni Azərbaycan Partiyasından 129 namizədi, Vətəndaş Həmrəyliyi Partiyasından bir namizədi, Ümid Partiyasından isə 15 namizədi bələdiyyə seçkilərində iştirak etmək üçün qeydiyyata alıb.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərində iştirak etmək üçün namizədləri qeydiyyata alıb

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) çərşənbə axşamı Yeni Azərbaycan Partiyasından 129 namizədi, Vətəndaş Həmrəyliyi Partiyasından bir namizədi, Ümid Partiyasından isə 15 namizədi bələdiyyə seçkilərində iştirak etmək üçün qeydiyyata alıb.

Seçkilər dekabrın 23-də keçiriləcək.

MSK sədri Məzahir Pənahov deyib ki, ümumilikdə bu gün 107 seçki dairəsindən 5469 namizəd qeydə alınıb. Bunlardan min nəfərə yaxını qadın namizədlərdir.

Namizədlər 22 siyasi partiyanı təmsil edir.

Pənahovun sözlərinə görə, müşahidəçi qismində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri dəvət olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti