...

Azərbaycanda narkotik qaçaqmalçılığı ilə məşğul olan Rusiya vətəndaşları saxlanılıb

Siyasət Materials 21 Oktyabr 2009 12:14 (UTC +04:00)
Azərbaycan gömrükçüləri narkotik qaçaqmalçılığı ilə bağlı iki fakt aşkarlayıblar.
Azərbaycanda narkotik qaçaqmalçılığı ilə məşğul olan Rusiya vətəndaşları saxlanılıb

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycan gömrükçüləri narkotik qaçaqmalçılığı ilə bağlı iki fakt aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, Azərbaycandan Rusiya istiqamətində gedən 55 saylı "Bakı-Moskva" qatarına Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda gömrük baxışı keçirilən zaman həmin qatarın 5-ci vaqonunda sərnişin olan Rusiya vətəndaşı Şükürov Şahin Şükür oğluna məxsus kostyumun çexolunun içərisində 2 ədəd bağlamada 6 kiloqram 120 qram narkotik vasitə - həşiş qətranı gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Şükürov barəsində Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2) və qanunsuz olaraq narkotik maddə daşıma, əldə etmə, satma, gəzdirmə (234.4.3) maddələri ilə cinayət işi başlanıb.

İrandan Azərbaycana gələn Rusiya vətəndaşı İbrahimova Nazqaid Xəlil-İbrahimovnaya məxsus üç ədəd dəmir qutular gömrük nəzarətindən keçirilərkən, gömrükçülər tərəfindən qutuların içərisində gizlədilmiş ümumi çəkisi 3 kq 10 qram narkotik vasitə olan həşiş qətranı və ümumi çəkisi 705 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Həmin fakt üzrə, Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə cinayət işi açılıb.

Xəlil-İbrahimovnayanın əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti