Azərbaycan, Bakı, 22 oktyabr / Trend , R.Daraxşan/
İslam Konfransı Təşkilatının (İKT) yaranmasının 40 illik yubileyi ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası təşkilatın katibliyi ilə birlikdə 11-12 noyabrda Bakıda "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" mövzusunda beynəlxalq elmi konfransın keçirilməsini planlaşdırır, Azərbaycan XİN-in mətbuat xidmətindən xəbər verilir.
İKT-nin baş katibi Ekmələddin İhsanoğlunun da iştirakı planlaşdırılan konfransda, həmçinin çox sayda yerli və xarici elm xadimləri iştirak edəcəklər. Konfransda dini və mədəni müxtəliflik, Azərbaycanın bu sahədəki təcrübəsi, dinlərarası dialoq problemi və islam geosiyasəti kimi mövzular müzakirə olunacaq.