...

Azərbaycanın müxalifət partiyası bələdiyyə seçkilərində partiyanın ümumi və fərdi namizədləri ilə iştirak edəcək

Siyasət Materials 24 Oktyabr 2009 12:02 (UTC +04:00)
"Təşviqat kampaniyasını uğurlu aparmaq üçün daha çox partiyanın ayrı-ayrı yerli təşkilatlarının müəyyənləşdirdiyi və Mərkəzi Aparatda tərtib olunan ümumi siyahı ilə namizədlərin irəli sürülməsinə üstünlük veririk", - şənbə günü Trend News-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
Azərbaycanın müxalifət partiyası bələdiyyə seçkilərində partiyanın ümumi və fərdi namizədləri ilə iştirak edəcək

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyası bələdiyyə seçkilərində partiyanın həm ümumi, həm də fərdi namizədləri ilə iştirak edəcək.

"Təşviqat kampaniyasını uğurlu aparmaq üçün daha çox partiyanın ayrı-ayrı yerli təşkilatlarının müəyyənləşdirdiyi və Mərkəzi Aparatda tərtib olunan ümumi siyahı ilə namizədlərin irəli sürülməsinə üstünlük veririk", - şənbə günü Trend -a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Hacılının sözlərinə görə, Müsavat Partiyası ölkənin əksər ərazilərindəki bələdiyyələrə namizədlər irəli sürmək və uğur əldə etmək niyyətindədir. "Düşünürəm ki, partiyanın dəstək verəcəyi namizədlər seçkilərdə daha çox uğur qazana biləcəklər", - aparat rəhbəri əlavə edib.

Müsavat funksioneri deyib ki, namizədlərin qeydə alınmasından sonra başlanacaq təşviqat kampaniyasını uğurlu aparmaq üçün partiyada konkret strukturlar yaradılıb. "Bizim təşviqatla bağlı xüsusi planımız da var. Təşviqat kampaniyasına start verilən kimi bu planın həyata keçirilməsinə başlayacağıq" - Hacılı vurğulayıb.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında İsa Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Аzərbаycan Pаrlаmеntinin еks-spikеri (1992-93-cü illər) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Pаrtiyа 4 nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti