...

Azərbaycan paytaxtında Türkiyə vətəndaşlarına qarşı dələduzluq edən şəxs saxlanılıb

Siyasət Materials 26 Oktyabr 2009 15:46 (UTC +04:00)
Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsindən bazar ertəsi Trend News-a verilən məlumata görə, Qazax rayon sakini 21 yaşlı Elmir Rövşən oğlu Dilbazi 2008-ci ildə viza düzəltmək adı ilə Türkiyə vətəndaşları - Beyhan Tayfun İbrahim oğlundan 5850 ABŞ dolları, Arif Klandan isə 2000 manat alaraq mənimsəyib.
Azərbaycan paytaxtında Türkiyə vətəndaşlarına qarşı dələduzluq edən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycan paytaxtında Türkiyə vətəndaşlarına qarşı dələduzluq edən şəxs saxlanılıb.

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsindən bazar ertəsi Trend -a verilən məlumata görə, Qazax rayon sakini 21 yaşlı Elmir Rövşən oğlu Dilbazi 2008-ci ildə viza düzəltmək adı ilə Türkiyə vətəndaşları - Beyhan Tayfun İbrahim oğlundan 5850 ABŞ dolları, Arif Klandan isə 2000 manat alaraq mənimsəyib.

Zərərçəkənlar hadisə barədə polisə məlumat verdikdən sonra həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Dilbazi tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti