Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi "Bakı şəhərində Dövlət bayrağı meydanında tikinti işlərinin sürətləndirilməsi ilə əlaqədar olaraq əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncamla Bakı şəhərində yerləşən Dövlət bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirmək tapşırılıb.