...

Azərbaycan Prezidentinin İsmayıllı rayonuna səfəri başlayıb (Əlavə Olunub)

Siyasət Materials 29 Oktyabr 2009 12:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 29-da İsmayıllı rayonuna səfəri başlayıb, AzərTAc dövlət agentliyi məlumat yayıb.
Azərbaycan Prezidentinin İsmayıllı rayonuna səfəri başlayıb (Əlavə Olunub)

Red: İkinci abzasdan sonra əlavə olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 29-da İsmayıllı rayonuna səfəri başlayıb, AzərTAc dövlət agentliyi məlumat yayıb.

Dövlət başçısı və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərinin mərkəzində ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

2003-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində İsmayıllı rayonunda geniş abadlıq və quruculuq işləri aparılıb. Rayonda ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 2008-ci ildə 2,9 dəfə artaraq 90 milyon 164 min manata, sənaye məhsulunun həcmi 1,6 dəfə artaraq 20 milyon 306,7 min manata, kənd təsərrüfatı məhsullarının həcmi 2,1 dəfə artaraq 48 milyon 39 min manata çatıb, əsas kapitala yönəldilən investisiyalar 15,6 dəfə artaraq 17 milyon 754,3 min manat, tikinti-quraşdırma işlərinin həcmi 17,3 dəfə artaraq 16 milyon 148,8 min manat təşkil edib.

Əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində görülmüş işlər nəticəsində son 5 ildə rayonun 15 yaşayış məntəqəsinə təbii qaz verilməsi bərpa edilib, İsmayıllı şəhərində 680 abonentin qaz təminatı yaxşılaşdırılmışdır. Rayonda yeni təhsil və səhiyyə obyektləri tikilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti