...

İran yaxın qonşusu və dostu Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıdır - İran Parlamentinin komissiya sədri

Siyasət Materials 9 Noyabr 2009 17:40 (UTC +04:00)
İran yaxın qonşusu və dostu olan Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıdır. Bu barədə İran İslam Şurası Məclisinin (Parlament) Sosial məsələlər komissiyasının sədri Ağayi Süleyman Cəfərzadə bazar ertəsi Azərbaycan Parlamentinin Sosial siyasət komitəsinin üzvləri ilə görüşündə bildirib.
İran yaxın qonşusu və dostu Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıdır - İran Parlamentinin komissiya sədri

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 09 noyabr / Trend , müxbir A.Hüseynbala/

İran yaxın qonşusu və dostu olan Azərbaycan ilə əlaqələrin genişlənməsində maraqlıdır. Bu barədə İran İslam Şurası Məclisinin (Parlament) Sosial məsələlər komissiyasının sədri Ağayi Süleyman Cəfərzadə bazar ertəsi Azərbaycan Parlamentinin Sosial siyasət komitəsinin üzvləri ilə görüşündə bildirib. Məlumatı Milli Məclisin rəsmi saytı yayıb.

"İran Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır", - Cəfərzadə deyib.

Azərbaycan Parlamentinin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, İranla Azərbaycan arasında iqtisadi, humanitar və parlamentlərarası əlaqələr çox yüksək səviyyədədir.

Görüşdə qeyd olunub ki, bu cür səfərlər təkcə qanunverici orqanlar arasında deyil, ölkələrimiz arasında da münasibətlərin dərinləşməsinə və möhkəmlənməsinə xidmət edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti